"Nərimanov" stansiyasına güllə yarası alan 2 nəfər gətirildi" - Cahil Həsənov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə ölkənin müxtəlif yerlərində şəhidlərin xatirəsi anılıb.
Milli.Az xəbər verir ki, anım mərasimlərindən biri də "20 Yanvar" metro stansiyasında keçirilib.
Səhər saatlarından etibarən stansiyada xüsusi sükut hökm sürüb. Metrodan istifadə edən sərnişinlər və şəhər sakinləri 1990-cı il yanvarın 20-də sovet qoşunlarının törətdiyi qırğın zamanı həlak olan şəhidləri ehtiramla yad ediblər.
Qatar maşinisti Cahil Həsənov 19-dan 20-nə keçən gecə iş başında olanlardan biridir. Onun sözlərinə görə, atışma səsləri gecə saatlarında eşidilib, yaralılar metro vasitəsilə daşınıb. Maşinistlər bütün təhlükələrə baxmayaraq, yaralıların və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün səhərə qədər fasiləsiz işləyiblər:
"Gecə saat 11-də işimi qurtarıb evə gedəcəkdim. Bizə məlumat verdilər ki, bəs rus qoşunları şəhərə daxil olub. Metro saat 12-də bağlanır, amma dedilər ki, ola bilsin metro səhərə kimi işləsin və əlavə kömək lazımdır. Biz də etiraz eləmədik. Saat 12-yə yaxın atışma səsləri eşidildi. "Nərimanov" stansiyasına güllə yarası alan iki nəfər gətirildi. Bildirildi ki, keçmiş Çapayev, indiki Təbriz küçəsində dinc sakinlərə atəş açılır, ölən və yaralananlar var. Məlumat dispetçerə ötürüldü və dörd maşinist hadisə yerinə göndərildik. Gecə atışmalar davam edirdi. "Dəmir yolu Texnikumu" yaxınlığında vurulmuş "İkarus" avtobusunu və yaralı qadını gördük. Ona kömək etmək istədikdə bizə də atəş açıldı, bir müddət sonra yaralını götürərək "Nərimanov" stansiyasına gətirdik. Daha sonra "İçərişəhər" istiqamətində çoxlu sərnişinin olduğu bildirildi. Stansiyaya daxil olmaq mümkün olmadığından, tunellə qaçan sərnişinlər maşinist kabinəsindən qatar salonuna yerləşdirildi. Bütün təhlükələrə baxmayaraq, səhərə kimi fasiləsiz işlədik".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib
-
Naxçıvanda oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
-
Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi
-
Büdcədənkənar vəsaitlərin istifadəsinə dair yeni qayda müəyyənləşib
-
İstilik mövsümünün başlanma tarixi dəyişdirilə bilərmi?
-
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib
XƏBƏR LENTİ
-
Aleksey Mindel Bakıda keçiriləcək möhtəşəm dünya tədbiri - Azerbaijan Dance Festival haqqında danışıb
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib
-
Sabah Masallının 5 kəndində qaz olmayacaq
-
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
-
Naxçıvanda oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
-
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü
-
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
-
Əli Mirəliyev uzun illər küsülü olduğu əməkdar artistlə efirdə barışdı - (Video)
-
Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi
-
Rəqsanə atasına əhsan süfrəsi açdı – Qardaşı ilk dəfə danışdı - (Video)
-
"Diri Baba” türbəsində XVI əsrə aid şeyxin məzarı aşkarlanıb
-
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
Bakı–Qazax yolunda ağır qəza: 4 ölü, 1 yaralı var - Yenilənib
-
Büdcədənkənar vəsaitlərin istifadəsinə dair yeni qayda müəyyənləşib
-
Şükran Sultanovun anasına bahalı hədiyyəsi - (Video)
-
Polşada peşə məktəbinə bıçaqlı hücum - 9 nəfər yaralandı
-
Rusiya XİN-dən Kiyevlə bağlı mühüm çağırış
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - (Video)
-
İstilik mövsümünün başlanma tarixi dəyişdirilə bilərmi?
-
İtaliyada kişi anasının pensiyanı almaq üçün qadın qiyafəsinə girdi
-
Rəqsanədən oğlu ilə bağlı paylaşım - (Video)
-
Məkkə ittifaqı: Ankaranın ertələməyi seçdiyi yaddaş
-
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı





