Monqolustandan sonra indi də Brazilyadan mal əti gətirilir - Yerli fermerlər iflas edə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son aylarda Azərbaycana idxal edilən ətlərin qiyməti yerli istehsal olunan ət məhsullarına nisbətən daha ucuzdur. Bu səbəbdən də xaricdən gətirilən ətlərə olan maraq və tələbat nəzərəçarpacaq dərəcədə artıb. Hazırda mağaza və bazarların əksəriyyətində əsasən Monqolustan və Braziliyadan gətirilmiş ətlər satılır.
Milli.Az xəbər verir ki, rəsmi məlumatlara əsasən, ötən il ölkəyə idxal olunan ətin miqdarı əvvəlki illə müqayisədə 41 faiz artıb. Bu isə idxal məhsullarına olan marağın artdığını göstərir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirib ki, istər idxal, istərsə də yerli istehsal olan bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.
Qurumun açıqlamasında qeyd edilib ki, xaricdən gətirilən diri heyvanlar, eləcə də ət və ət məhsulları mütləq şəkildə qida təhlükəsizliyi yoxlamalarından keçir. İxracatçı ölkələrdəki epizootik vəziyyət nəzərə alınmaqla, məhsulların ölkəyə gətirilməsinə yalnız müvafiq icazə verildikdən sonra imkan yaradılır.
Yüklər Azərbaycana daxil olduqdan sonra Agentliyin regional əməkdaşları tərəfindən baxış keçirilir, nümunələr götürülərək laborator müayinəyə göndərilir. Analiz nəticələri təhlükəsizlik tələblərinə uyğun olduğu halda məhsullar satışa buraxılır.
Bildirilib ki, bu cür məhsulların daşınması, saxlanması və satışı zamanı etiketləmə, saxlama şəraiti və temperatur rejimi kimi qaydalara riayət edilməlidir. İstehlakçılara da məhsul alarkən satıcıdan müvafiq sənədləri tələb etmələri tövsiyə olunur.
Hazırda Monqolustanın quzu ətinin bir kiloqramı 12 manat satılırsa, Brazilyanın mal ətinin kilqoramı 10-12 manat ətrafında dəyişir.
Azərbaycana ət idxalının artması isə öz növbəsində yerli təsərrüfatların iflas etməsinə gətirib çıxara bilər. Fermerlər bildirirlər ki, bir yandan yayılan dabaq xəstəliyi, digər tərəfdən də bazara daxil olan idxal ətlər onların təsərrüfatlarını məhv edə bilər.
Qeyd edək ki, hazırda paytaxt Bakıda və bölgələrdə bir çox ət dükanları fəaliyyətini dayandırıb, insanların ətə tələbatı da yayılan xəstəlik səbəbindən kəskin aşağı düşüb.
Asya Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2012-ci ilin rekordu yada düşdü
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
XƏBƏR LENTİ
-
Paşinyan Naxçıvana gedən dəmir yolu ilə bağlı təklif verib
-
2012-ci ilin rekordu yada düşdü
-
İstanbuldan Azərbaycana dərman vasitələrinin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
-
Hadisə bacısından danışıb ağladı - (Video)
-
Nəriman "Ərzurumspor"dan ayrılır?
-
Bakıda maşın aşdı, ölənlər var
-
"Seda Sayana dedim ki, “Biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”"
-
"Survivor"yeni formatıı və rekord mükafatı açıqlandı
-
Koçaryanla bağlı qərar verildi
-
Hakan Fidan Bakıya gəlir
-
Pərviz Əhmədova ağır itki
-
Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı
-
Alpay vəfat etdi
-
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
-
19 yaşında atasını itirən Sonaxanım efirdə ağladı - (Video)
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
FETÖ-nü darmadağın etdilər, nurçuluğu qorudular: Türkiyə iqtidarının ikili standartı
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Sergey Lavrov Bakıya gəlir
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu





