“Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ölkədə ən çox şikayət daxil olan elektronik əşyalar satan mağazalar "Kontakt Home" və "Baku Electronics"dir. Bu iki şirkətlə bağlı şikayətlərin ardı-arası kəsilmir.
Milli.Az xəbər verir ki, bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov "Todaypress" TV-yə açıqlamasında bildirib.
İB sədri qeyd edib ki, illərdir bu sahədə vəziyyət acınacaqlı həddədir: "Ən acınacaqlı vəziyyət "Kontakt Home"dadır. Artıq "Baku Electronics" də ona çatmaq üzrədir. Biz şikayətlərin 80 faizini danışıq yolu ilə həll edirik, amma bu iki şirkətlə mümkün olmur".
E.Hüseynov əlavə edib ki, "Music Gallery"dən əvvəllər şikayətlər yox dərəcəsində idi. Bu şəbəkəni "Kontakt Home" alandan sonra problemlər çoxalıb: "İndi artıq "Music Gallery"dən də şikayətlər yağış kimi gəlir".
Ekspert insanları belə şirkətləri boykot etməyə çağırıb.
Göründüyü kimi, istehlakçı hüquqlarını müdafiə edən QHT rəhbəri konkret adlar çəkir. Sosial şəbəkələrdə də bu firmalardan kütləvi narazılıqları görmək olar.
Bəs vətəndaşlar nədə diqqətli olmalıdırlar?
Azərbaycanda istehlakçıların hüquqlarını qorumaq üçün qanunvericilik mövcuddur, lakin praktiki tətbiqlərdə problemlər qalır. Bu səbəbdən istehlakçılar daha diqqətli olmalı, alış-veriş zamanı bütün sənədləri (qəbz, zəmanət talonu və s.) toplamalı və onları saxlamaq vərdişinə yiyələnməlidirlər. Məhsulun istismar qaydaları, zəmanət müddəti və dəyişdirilmə şərtləri yazılı şəkildə təqdim edilməlidir. Elektronika məhsullarını alarkən onu dərhal yoxlamaq, nasazlıq halında gecikmədən rəsmi şikayət vermək vacibdir.
Ekspertlər daha geniş həll yolu kimi Azərbaycanda alternativ mübahisə həll mexanizmlərinin yaradılması, onlayn şikayət sisteminin sadələşdirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsi tövsiyə olunur. Eyni zamanda tez-tez şikayət edilən şirkətlər üçün qara siyahıların rəsmi şəkildə ictimaiyyətə təqdim olunması və bu cür şirkətlərə qarşı maliyyə sanksiyalarının tətbiqi də problemin qarşısını ala bilər.
İstehlakçılar yalnız şikayət etməklə deyil, həm də hüquqlarını bilməklə və tələbkar olmaqla daha güclü mövqe qazana bilərlər. Bazar iqtisadiyyatının sağlam inkişafı üçün ilk növbədə istehlakçının hüquqları ön planda olmalıdır.
Vəkil Ramil Süleymanov mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bölüşüb: "Vətəndaşların elektronika məhsulu alarkən diqqət etməli olduqları əsas məqamlardan biri həmin məhsula istehsalçı və ya distribütor şirkət tərəfindən rəsmi zəmanətin təqdim olunub-olunmamasıdır. Əgər zəmanət üçün əlavə ödəniş tələb edilirsə, bu məbləğ ayrıca göstərilməli və mütləq şəkildə istehlakçıya zəmanət talonu təqdim olunmalıdır. Zəmanət talonunda istehlakçı üçün mühüm olan bütün detallara - o cümlədən hansı məhsullara və hansı hallarda "qızıl zəmanət"in şamil olunduğuna dair müddəalar aydın şəkildə göstərilməlidir. Həmçinin talonda məhsulun hansı müddət ərzində və hansı şərtlərlə geri qaytarıla biləcəyi də qeyd olunmalıdır. Əgər bu məlumatlar talonda əksini tapmayıbsa, o zaman Azərbaycan qanunvericiliyinə əsasən, istehlakçı məhsuldan narazı qaldığı halda 14 gün müddətində həmin malı satıcı şirkətə geri qaytara bilər".
Vəkil qeyd edir ki, bəzən vətəndaşlar şifahi formada aldadılırlar: "Şirkət zəmanət verdiyini bildirir, lakin bu barədə məlumat yazılı şəkildə qeyd olunmur. Nəticədə, sonradan həmin öhdəlikdən imtina edilir. Buna görə də bütün zəmanət şərtləri mütləq yazılı şəkildə, bənd-bənd göstərilməli, zəmanət talonuna satıcı şirkətin möhürü vurulmalı və səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır.
Əgər bu tələblər yerinə yetirilmirsə, vətəndaşlar öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilərlər. Bu zaman onlar həm pozulmuş hüquqlarının tanınmasını, həm də vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilərlər. Bundan əlavə, hüquqların müdafiəsi məqsədilə çəkilmiş hüquqi xərclər də qarşı tərəfdən tələb oluna bilər".
Hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bildirib: "Pozuntu varsa, vətəndaş danışıqla həll etməlidir, məsələ həll olunmursa, o, məhkəməyə şikayət edə bilər. Eyni zamanda istehlakçının Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət vermək hüququ var. Söhbət elə şirkətlərdən gedir ki, demək olar, bu sahədə bazar elə "Kontakt Home" və "Baku Elektroniks"in əlindədir. Biz deyək ki, gəlin bunları boykot edək. Bəs insanlar lazım olan əşyaları kimdən alsınlar? Həm də elektronika malları ən geniş alınan mallardır. Hesab edirəm ki, bu halda vətəndaşlar malı alanda keyfiyyətə fikir versinlər. Onlarla müqavilə bağlanır, zəmanət talonu verilir. Əgər problem varsa, əvvəldə qeyd etdiyim qurumlara şikayət etsinlər. Eyni zamanda məsələni ictimailəşdirsinlər ki, şirkətlər də müştəri itirəcəklərinə görə narahat olsunlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - (Foto)
-
Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Bu gün Aşuradır
XƏBƏR LENTİ
-
Qaradağda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
-
Cəbhə arxasında müharibə: Ukrayna Rusiyanın logistikasını hədəfə alır
-
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
-
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
-
Astarada 60 yaşlı kişi mağazada öldü
-
Venesuelada güclü zəlzələ: 32 ölü, 700-dən çox yaralı - (Video)
-
Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı - (Foto)
-
Bu gün işdən tez çıxa biləcəksiniz
-
Bakının mərkəzində minik avtomobili alışdı - (Video)
-
"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - (Foto)
-
Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir
-
Neft qiymətləri ucuzlaşıb
-
Zibilləri atmaq əvəzinə 20 mərtəbəli taxta göydələn tikdilər (Foto)
-
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
-
Qatıqlı keks resepti
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır





