Cəmiyyət

Yekaterinburqda həbs edilmiş azərbaycanlılara məxsus avtomobillər - SİYAHI

2 İyul 2025 23:35
Baxış: 1 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın E1.ru nəşri Yekaterinbuqrda ötən illərdə törədilmiş qətllərə dair iş üzrə saxlanılan və həbs edilən azərbaycanlıların sahib olduqları nəqliyyat vasitələrinə diqqət çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəşr iyulun 1-də saxlandıqdan sonra sərbəst buraxılan Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin ailəsinə, eləcə də həbs edilmiş azərbaycanlılara məxsus avtomobillərin siyahısını dərc edib.

Bildirilir ki, Şahin Şıxlınskinin adına iki maşın var: X500XT nömrə nişanlı "Lada Largus" və C500XT nömrə nişanlı "Mercedes-Benz".

500 rəqəmi Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinskinin "Gelandewagen" və digər oğlu Emilin E500EX nömrə nişanlı "BMW 320" maşınlarında rast gəlinir.

Vüqar Səfərovun (saxlandıqdan sonra buraxılıb) adına "Mercedes-Benz Е-200" avtomobili qeydiyyata alınıb.

Həbs edilmiş Akif Səfərovun "BMW X5" maşını var.

Kamal Səfərov "Hyundai Sonata" və "Toyota Camry", Məzahir Səfərov isə "Lada Largus" nəqliyyat vasitəsinə malikdir.

Axtarışlardan və silsilə saxlanılmalardan sonra xəstəxanaya yerləşdirilmiş Əziz Abbasov "Chevrolet Klan" və "Land Rover Sport" avtomobillərinə sahibdir.

Həbs olunan digər şəxslər - Əhliman Gənciyev, Ayaz Səfərov, Şahin Lalayev, Hüseyn Səfərov və Bəkir Səfərovun adına qeydiyyatda avtomobillər yoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.