"Məktəblər bağlanmasa da, dərslər faktiki olaraq keçirilmir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda və regionlarda havaların sərtləşməsi, yolların bağlanması və nəqliyyatın iflic olması ilə bağlı olaraq tədris prosesində yaranan çətinliklər təkrarən gündəmə gəlib. Son günlərdə müşahidə olunan pis hava şəraiti bir daha göstərdi ki, Azərbaycan təhsil sistemi bu cür fövqəladə hallara hazır deyil. Məktəblər və universitetlər rəsmi olaraq bağlanmasa da, müəllim və tələbələrin dərsə çata bilməməsi nəticəsində dərslər faktiki olaraq keçirilmir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib:
"Bu vəziyyət artıq təsadüfi yox, sistemli problemin təzahürü kimi qiymətləndirirlər. Onların fikrincə, hər dəfə yağan qar və yağış təhsilin dayandırılmasına səbəb olmamalıdır. Təhsil hava şəraitinə, logistika imkanlarına və digər təsadüfi amillərə tabe olmamalı, fasiləsizliyi təmin edən çevik və rəqəmsal tədris modelləri ilə dəstəklənməlidir.
Xatırladaq ki, pandemiya dövründə ölkədə onlayn tədris modeli tətbiq olundu və müəyyən nəticələr əldə edildi. Lakin bu model sonradan strukturlaşdırılmadı və davamlı sistemə çevrilmədi. Bu isə bu gün üçün təhsilin qarşısında duran ən ciddi çağırışlardan biri olaraq qalır.
Fövqəladə hallarda dərslərin ləğv edilməsi əvəzinə onların dərhal onlayn və ya hibrid rejimə keçirilməsi üçün məktəblər və universitetlər müvafiq rəqəmsal platformalar, ehtiyat dərs planları, texniki təminat və hazırlıqlı pedaqoji heyətə malik olmalıdır. Bu yalnız texnologiya ilə bağlı məsələ deyil, eyni zamanda təhsilin məzmunu, təşkilati mexanizmi və hüquqi çərçivəsinə yenidən baxılması tələb olunur. Hazırda isə bir çox ali təhsil müəssisəsində bu imkanlar ya mövcud deyil, ya da yalnız simvolik səviyyədədir. Ümumtəhsil məktəblərinin əksəriyyətində isə bu barədə heç düşünülmür. Bu da xüsusilə regionlarda yaşayan şagird və tələbələrin daha çox əziyyət çəkməsinə, təhsildə sosial və coğrafi fərqlərin dərinləşməsinə səbəb olur. Estoniya, Finlandiya, Sinqapur və Kanada kimi ölkələr artıq illərdir ki, istənilən fors-major vəziyyətdə dərhal hibrid və ya onlayn tədrisə keçid edə bilən sistemlər qurublar. Bu ölkələrdə bu cür hallara hazır olmaq ehtimal yox, real ehtiyac kimi qəbul olunur və infrastruktur, hüquqi baza, pedaqoji yanaşma da buna uyğunlaşdırılıb".
Ekspert hesab edir ki, Azərbaycanda da Elm və Təhsil Nazirliyi, ali məktəblər və ümumtəhsil müəssisələri tərəfindən fövqəladə hallarda tətbiq edilə biləcək rəqəmsal təhsil protokolu hazırlanmalı, müəllim heyəti üçün texnologiya əsaslı tədris bacarıqları üzrə mütəmadi təlimlər təşkil olunmalı və hər məktəb üçün alternativ dərs formatlarını ehtiva edən "B planı" işlənib hazırlanmalıdır. Əks halda, hər dəfə qış fəslində yağan qar və yağış səbəbilə minlərlə şagird və tələbə bir neçə gün, bəzən həftələrlə təhsildən geri qalacaq. Bu isə təhsilin keyfiyyətinə və bərabərliyinə ciddi zərbə vuracaq.
Yekun olaraq ekspert bildirib ki, təhsil hava şəraitindən və təsadüfi hadisələrdən asılı olmamalıdır. Təhsil sistemli, çevik və rəqəmsal olduqda, gələcəyin də dayanıqlılığı təmin oluna bilər.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)





