Bu halda tutulan oruclar batil hesab olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Orucu o insanlar tuta bilər ki, onların səhhətində problem yoxdur. İnsan özü bilir ki, səhhətində hansı problem var. Əgər oruc tutmaq həmin problemə mənfi təsir edirsə, tutmamalıdır. Oruc tutan insan heçnə yemir və içmir. Əgər insana maye qəbul etməmək və qidalanmamaq təhlükə yaratmırsa, oruc tuta bilər".
Milli.Az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, belə hallarda insanlar mütləq şəkildə həkimlə məsləhət etməlidir:
"Gənc insanlarda sağlamlıq problemlərinə çox da rast gəlinmir. Əsasən narahatlıqlar yaşlı insanlarda görülür. Məsələn şəkərli diabeti var, yaxud ürəyi zəifdir. Həkimlər deyir ki, qidalanmalıdır, şəxs isə deyir oruc tutmasam olmaz. Əgər o insan həkim deyənə qulaq asmasa, canı üçün təhlükə yaratsa, orucu batildir. Eyni zamanda əgər öz bədənini həlak edərək ölümlə qarşılaşsa, həmin şəxs Allah məhkəməsində buna görə cavab verəcək. O şəkildə tutulan oruc ibadət hesab olunmur".
F.Nurullayev qeyd edib ki, bəzən hamilə qadınlar bədənlərinin qidaya ehtiyacı olsa da, oruc tutur:
"Əgər hamilə qadın bu halda özünə və körpəsinə ziyan vurarsa, günahkardır, orucu da batildir. Əgər həkim icazəsi olarsa, hamilə qadınlar oruc tuta bilər. Bununla belə qadınlar bu zaman mütləq şəkildə diqqət etməli, özlərini yaxşı hiss etmədikləri zaman bunu dayandırmalıdırlar. Yaşlıların səhhəti imkan vermirsə, bu ibadəti yerinə yetirmələri düzgün deyil. Həkim deyir, sənə qidalanmaq lazımdır, insan isə vəziyyəti pisləşsə də oruc tutmağa davam edir. Əgər insanın vəziyyəti pisləşirsə, bu oruc qəbul edilmir".
"İnsan belə hallarda oruc tutmamalıdır, tutarlarsa, savab yox, günah qazanmış olarlar. Orucu sağlam insanlar tuta bilər. Elə insanlar var ki, gündəlik dərman istifadə edir. Əgər dərmanı iynə ilə əvəz etmək olursa, orucu tuta bilər. İnsan oruc zamanı iynə dərmanlardan istifadə edə bilər.Yox əgər dərman mütləq şəkildə ağız yolu ilə qəbul edilməlidirsə, o şəxsin orucu da batil sayılır. Oruc tutan insanın birinci canı sağlam olmalıdır, sonra orucunu tutmalıdır"- Sədr müavini bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)





