Cəmiyyət

İki uşağı olanlar əsgərliyə aparılmasın - Təklif

20 Dekabr 2024 13:02
Baxış: 1 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İki övladı olan şəxslərin hərbi xidmətə aparılmaması təklif olunub.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırda üç uşağı olan şəxslər hərbi xidmətə çağırılmırlar:

"Bu məsələ iki uşağı olan şəxslər üçün də keçərli olmalıdır. Düşünün ki, iki uşaq bir il altı ay öz atasını görmür. Onsuz da həmin şəxslərin sayı elə də çox deyil. Gələcəkdə bu məsələyə baxılmalı olduğunu düşünürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.