Bazarlarda bir çox tərəvəzin qiyməti artdığı kimi göyərtinin də qiymətində bu hiss olunur. Göyərtinin 1 dəstəsi 50-60 qəpiyə satılır.
Paytaxtda bu qiymətə olan göyərti bölgələrdə hansı qiymətə satılır bəs?
Göyərti əkimi ilə məşhur olan fermerlərin sözlərinə görə, bu il qiymət münasibdir. Onlara sərf elədiyin deyirlər. Məhsullar əsasən Gəncə, Bakı və Rusiya bazarlarına satılır. Təsərrüfat sahibləri bildiriblər ki, Bakıya məhsul 12-15 qəpikdən, Rusiyaya isə 35-40 qəpikdən yığılır.
Bu il qiymətlərdə artımın olması məhsulun az olması ilə əlaqələndirirlər. Məhsulların qıt olması bu il sahibkarlar az toxum səpməkləri ilə əlaqələndirirlər.
Digər səbəb isə hava şəraiti ilə bağlıdır. Bu il hava şəraiti soyuq keçib.
Aysel Əkbər
Milli.Az