Cəmiyyət

Amina Idan Paul: İqlim problemlərini təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik

11 Noyabr 2024 13:03
Baxış: 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İqlim dəyişikliyi səbəbindən xüsusilə Afrikada zərər görən çox ölkələr var və mən bu halların şahidiyəm".

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP29 tədbirinin iştirakçısı - Cibuti Qeyri-Kommersiya Təşkilatının nümayəndəsi Amina Idan Paul deyib.

O qeyd edib ki, təmsil etdiyi təşkilat COP29 çərçivəsində bir çox problemi gündəmə gətirməyə çalışacaq: "İqlim problemlərimizi təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik. Məhz bu səbəblərdən COP29-da iştirak etdiyim üçün çox həyəcanlıyam. Çünki iqlim dəyişikliyindən xüsusilə Afrikada zərər görən insanların sayı artır. Buna görə də danışıqların nəticəsi məni olduqca həyəcanlandırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.