Cəmiyyət

"R" hərfi olmayan aylarda balıq yemək olmaz" deyimi həqiqətdir? - VİDEO

17 İyun 2024 10:23
Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

El arasında belə fikir var ki, adında "R" hərfi olmayan aylarda balıq yemək olmaz.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bəs bu fikir nəyə əsaslanır və deyilənlər həqiqətdirmi?

Alıcılar arasında balığın bu aylarda daha faydalı olduğunu deyənlər də var, dadına görə il boyu balıq yediklərini deyənlər də.

Uzun müddətdir balıq satışı ilə məşğul olan İlkin Novruzov bildirib ki, hazırda bazarda kifayət qədər alıcı və balıq mövcuddur.

Qida üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, balıq ayından və günündən asılı olmayaraq hər zaman yeyilə bilər.

Mütəxəssis onu da əlavə edib ki, hazırda balıq ovuna qoyulan qadağa səbəbi ilə yerli balıq olmadığından xaricdən gətirilən balıqlar üstünlük təşkil edir. Əgər saxlanma və daşınma qaydalarına düzgün əməl olunubsa, həmin balıqlar insan sağlamlığı üçün heç bir təhlükə daşımır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.