Cəmiyyət

Tənqidlərə cavab verdi: "Mən də dəyişdim, növbə..."

6 May 2024 20:34
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən çox sevinirəm ki, Azərbaycan ədəbi mühitinin calanması baş verdi. Bahar çoxdan gəlmişdi, ancaq yaz ətri duyulmurdu".

Milli.Az bildirir ki,  bu sözləri Teleqraf.com-a şair, yazıçı Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinə üzv olması haqqında danışarkən deyib: "Ədəbiyyatda bir yenilik duyulmurdu. Yəni təbii hadisə gecikirdi. Çox qəribədir ki, birdən-birə yaz fəslini biz gətirdik. Çox sevirəm ki, mənim gəlişimlə ədəbiyyat sahəsində bir canlanma oldu. Bu, çox səs-küy yaratdı. Yaz gəldi".

Həmid Herisçi AYB-yə üzvü olmasını tənqid edənlərə belə reaksiya verib: "Mən demişəm ki, 44 günlük müharibədən sonra Azərbaycanda nə var dəyişməli idi. Mən də dəyişmişəm. Ona görə anladım ki, Azərbaycan 30 il post-müharibə apardı, ədəbiyyat da həmin dövrdə post-model dövrünü yaşayırdı. Sonra ölkə başçısının xüsusi səyi və cəhdi ilə müharibə başladı, klassik müharibə janrında. Klassik janrda müharibə etdik, post-müharibədən imtina etdik və qalib gəldik. Bundan o cür anladım ki, Azərbaycan klassikaya keçəndə udur. Azərbaycan xalqının təfəkkürü klassik təfəkkürdür. Bu təfəkkürdə də udur. Və klassik təfəkkürə qayıdış neoklassisizm adlanır", - deyə cavab verib.

Həmid Herisçi onu da deyib ki, Azərbaycanda ədəbiyyat sahəsi dərnək səviyyəsindən çıxmalıdır: "44 günlük müharibədən sonra ədəbiyyat dərnək səviyyəsdinən çıxmalı və böyük əsərlər yazmalıyıq. Miqyas böyüməlidir, qalib xalq, qalib dövlət! İstər televiziya sahəsində, istər də ədəbiyyat sahəsində standartları dəyişməliyik. Bəzi teleaparıcılar, yanaşmalar dəyişməlidir. Mən bunu etdim. Növbə digərlərinədir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.