Cəmiyyət

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi

22 Aprel 2024 19:46
Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə şəhərinin Heydər Əliyev prospektində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrinin yaşadıqları ərazi ilanların məskəninə çevrilib.

Milli.Az bildirir ki, bu barədə Baku TV-yə danıaşan sakinlərin sözlərinə görə, burada tez-tez qızıl ilan və gürzələr gözə dəyir.

"İndiyə qədər 7-8 ilan öldürmüşəm. Burada ilanlar doludur, divarın altından da çıxırlar", - sakin Əziz Salmanov söyləyib.

Ev sahibləri bildirirlər ki, ilanların həmin ərazidə çox olmasının səbəbi ətrafı kol-kosun basmasıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.