Cəmiyyət

Bu il Azərbaycanda 44 mindən çox insan işlə təmin edilib

10 Aprel 2024 14:43
Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilin ilk rübündə 44 min 200 nəfər işlə təmin edilib, 683 şəxs kiçik ailə təsərrüfatı yaradıb.

Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, agentlik tərəfindən yanvar-mart aylarında 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bununla bərabər, 3,4 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 50,3 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.