Cəmiyyət

TikTokun Azərbaycan seqmentində yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

20 Mart 2024 14:38
Baxış: 2 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TikTok Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

"Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir", - şirkətdən deyilib.

Qeyd edək ki, bundan əvvəl TikTok-un Azərbaycan seqmentində yeni şərtlərin olacağı bildirilib. Belə ki, sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsi vasitəsilə həyata keçiriləcək və TikTok istifadəçisinin hesabına daxil olan jetonlar vergi ödənilməklə rəsmi olaraq çıxarıla bilər.

Bundan əlavə, milli dəyərlərə zidd olan məzmunun bloklanacağı qeyd edilib. Qeyri-adekvat davranan istifadəçilər xüsusi nəzarətə götürüləcək.

-------

09:05

Əldə etdiyimiz məlumata görə, artıq qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq. 

Milli.Az bildirir ki, sosial şəbəkələrdə yayılan məlumata görə milli dəyərlərimizə zidd olan videolar, canlı yayımlar bloklanacaq. Özünü normal apara bilməyən yayımçılar nəzarətə götürüləcək. 

Bundan başqa, hesaba oturan jetonları rəsmi qaydada, vergi ödəməklə birbaşa banklardan çıxarmaq olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.