Cəmiyyət

Ən yüksək maaş hansı ərazilərdədir?

12 Mart 2024 20:05
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü il üzrə paytaxtda ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb.

Milli.Az "Baku" TV-yə istinadən xəbər verir ki, bu rayonda orta aylıq maaş 2 211 manat təşkil edib. Ən aşağı əməkhaqqı isə Binəqədi rayonunda olub. Deyilən ərazidə bu rəqəm 784 manat təşkil edib.

Göstəricilərdən belə məlum olub ki, Pirallahıda orta aylıq əməkhaqqı Binəqədi rayonu ilə müqayisədə 2,8 dəfə çoxdur.

Bəs rayonlar arasında maaşlarda niyə bu qədər fərq var?

İqtisadçı Xalid Kərimli məsələyə aydınlıq gətirib.

"Birincisi, ölkədə maliyyə, mədənçıxarma və informasiya kommunikasiya texnologiyaları sahəsində əməkhaqqı daha çoxdur. Növbəti amil Pirallahıdakı iş yerlərinin sayı ilə bağlıdır. Oradakı müəssisələrdə rəhbər işçilər olduğu üçün əməkhaqları yüksək olub. İşçi sayı az olanda ümumi vəziyyəti düzgün qiymətləndirmək olmur", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.