Cəmiyyət

Daha bir qayda pozub paylaşan qadın sürücü saxlanıldı - VİDEO

20 Fevral 2024 17:02
Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdarə etdiyi "Range Rover Velar" markalı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Afət Əhməd qızı Quluzadə saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

İzahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

BDYPİ bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl başqa bir qadın sürücü qayda pozuntusuna görə saxlanılaraq cəzalandırılmışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.