Cəmiyyət

98 yaşlı seçici heyrətə gətirdi - VİDEO

7 Fevral 2024 15:32
Baxış: 1 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 98 yaşlı İkinci Dünya müharibəsi veteranı İsgəndər Vəliyev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, 36 saylı Xətai dairə seçki komissiyasının 16 saylı məntəqəsində səs verib.

İ.Vəliyevə hərəkət məhdudiyyətli insanlar üçün yaradılan imkanlara uyğun olaraq ev şəraitində səs vermək təklif olunsa da o, bundan imtina edib. Seçki məntəqəsinə gələrək səs verib.

Onun yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak etməsi ətrafda maraqla qarşılanıb, dediyi sözlər məntəqədəki insanlar tərəfindən alqışlanıb.

Müharibə veteranı namizədlərdən İlham Əliyevi dəstəklədiyini açıqlayıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.