Cəmiyyət

“Səsvermə gününü səbirsizliklə gözləyirik”

4 Fevral 2024 13:26
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda prezident seçkilərinin keçirilməsi ölkəmiz üçün həm bir ilk, həm də əlamətdar hadisədir".

Milli.Az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Vətən müharibəsi qazisi, baş leytenant Elnur Xəlilov deyib.

O, həmçinin bu siyasi prosesə şahidlik etməyin, fevralın 7-də seçkilərdə seçici kimi iştirak edib səs verməyin də üçün tarixi hadisə olduğunu söyləyib: "Bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda yaşamaq, bu ölkənin vətəndaşı olmaq hər birimiz üçün sevindirici və qürurvericidir. Təbii ki, biz bu qürurumuzu qanımız və canımız hesabına qorumuşuq. Bugünlərdə seçkilərin keçiriləcəyi Qarabağ və Şərqi Zəngəzur sinəsini düşmən gülləsinin qarşısında sipər edən Azərbaycan gənclərinin sayəsində azad olunub. Canımızı, sağlamlığımızı itirsək də, milli kimliyimizi, soy-kökümüzü, milli dəyərlərimizi qorumuşuq və ədaləti bərpa etmişik. Belə olan halda prezident seçkilərinin keçirilməsi Vətənimiz adına yeni bir tarixdir. Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, torpaqlarımız işğal altında olmadan prezident seçkiləri keçirilir".

E.Xəlilov deyir ki, növbədənkənar prezident seçkiləri onun qazi yoldaşları arasında da böyük rəğbətlə qarşılanıb. Onun sözlərinə görə, seçki günü yaxınlaşdıqca seçicilər arasında həyəcan da artır:

"Azərbaycanda demokratik seçki mühitinin formalaşmasında xalqın böyük rolu var. Əminəm ki, bu dəfə də ölkəmizdə seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi tam təmin ediləcək. Həm döyüş yoldaşlarımız, həm də ümumilikdə müharibə iştirakçıları və qazilər səsvermə gününü səbirsizliklə gözləyir. Bununla yanaşı, bütün qazi və müharibə iştirakçılarını seçkilərdə aktiv iştirak etməyə səsləyirəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.