Cəmiyyət

Bakı məktəbində təmizlik işçisinə edilən sürprizin görüntüsü rekord vurur - VİDEO

17 Yanvar 2024 17:37
Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 saylı Bakı məktəbində maraqlı hadisə yaşanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, ibtidai sinif şagirdləri və onların sinif rəhbəri məktəbdə çalışan təmizlik işçisinə ad günü sürprizi ediblər.

Onlar sinif otağına daxil olan işçini gül buketləri və tortla qarşılayıblar. Daha sonra əllərindəki çiçəkləri ona təqdim edərək təmizlik işçisini yeni yaşı münasibətilə təbrik ediblər.

Təmizlik işçisi yaşadığı mənzərə qarşısında çox təəccüblənib və sevinib. O onu təbrik edən hər bir şagirdə və müəllimə ayrı-ayrılıqda öz təşəkkürünü bildirib.  

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər müəlllimin və şagirdlərin bu addımını rəğbətlə qarşılayıblar.

Sözügedən görüntüləri təqdim edir:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.