Cəmiyyət

Şəkilli paltarla namaz qılmaq düzdür?

7 Yanvar 2024 02:01
Baxış: 2 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hənəfi məzhəbinin əsas fiqh kitablarından biri olan əl-Hidayə adlı əsərdə bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

"Əgər insan namazda üzərində şəkil olan bir paltar geyinsə, bu, üstündə büt gəzdirən kəslərə oxşadığına görə məkruh olar. Lakin bu halların hamısında qılınan namaz əgər düzgünlük şərtləri yerinə yetirilibsə, səhihdir". ((Əl-Mərğinani, əl-Hidayə şərhu bidayətil-mübtədi, İstanbul, Kahraman nəşriyyatı, 1986-cı il, 1-ci cild, s. 64.))

Ömer Nasuhi Bilmen adlı İslam hüququ alimi isə İlmihal əsərində belə yazır:

"Üstündə canlı varlıqların şəkilləri olan bir paltarla namaz qılmaq və canlılara aid bir şəklin üstündə səcdə etmək məkruhdur. Lakin bu paltarın üstündən başqa bir paltar geyilsə, onunla namaz qılmaq daha yaxşı olar. Bir də yerə salınan və üstündə belə şəkillər olan bir örtüyün şəkil olmayan hissəsində namaz qılmaq və səcdə etmək məkruh deyil". ((Ömer Nasuhi Bilmen, büyük İslam ilmihali, "namazların məkruhları" fəsli, s. 212; 49-cu abzas.))

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.