Cəmiyyət

Quranda qeyd edilən “aləm” sözü nə məna daşıyır?

3 Yanvar 2024 06:01
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu sözü kontekstə əsasən anlamaq lazımdır. Misal üçün, Qurandakı "rəbbu-l-aləmin" ifadəsi aləmlərin Rəbbi, bütün varlıqların sahibi deməkdir.

"Allah sizi aləmlərə üstün etdi" ayəsində isə bəşəriyyət nəzərdə tutulur. Odur ki, bu sözü yuxarıda da qeyd etdiyim kimi, öz kontekstinə əsasən başa düşmək lazımdır.

Allahın bizi aləmlərə üstün etməyi əslində belə deməkdir:

Allah bizə bu kitabı - Quranı verərək üstün edib. Əgər biz bu kitabın hökmlərinə tabe olmasaq, heç bir üstünlüyümüz qalmaz. Quran kitabı bizim əlimizdədir. Elə isə hər şeydən qabaq ona tabe olmalıyıq, onu bütün bəşəriyyətə biz təbliğ etməliyik.

Əgər bu kitaba tabe olmasaq, aləmlərə üstün olmuruq, əksinə, səfil hala düşürük.

Nəticə olaraq, Qurandakı aləm sözünü işlədildiyi kontekstə əsasən, yəni, hansı şərtlər daxilində işlədildiyindən asılı olaraq başa düşmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.