Cəmiyyət

YAP fəalları ilə görüş keçirilib - FOTO

7 Dekabr 2023 14:10
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov  Biləcəri qəsəbəsinin  Asəf  Zeynallı  küçəsində partiya fəalları ilə görüş keçirib.  V.İsmayılıov  bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və nüfuzlu partiyasıdır. YAP Azərbaycanda  siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə  fundamental töhfələr verən ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqinin bu gün bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdiyini bildirdi.

Millət vəkili Kəmaləddin Qafarov öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.