Millət vəkilindən farssayağı rəqs edən kişilərə: “Əzilib-büzülürlər”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar azərbaycanlı bəylərin toylarda milli rəqs adı ilə farssayağı rəqs etmələri ciddi müzakirə yaradıb.
Onların rəqs zamanı xüsusən bel sındırmaları, süzmələri tənqid olunur.
Sosial şəbəkələrdə paylaşılan görüntülərə etiraz edənlər bildiriblər ki, bu mənzərə, fars stilində rəqs türk kişisinə yaraşmır və getdikcə dəb halını alması qəbuledilməzdir.
Milli Məclisin deputatı Tahir Kərimli də pravda.az-a açıqlamasında məsələyə etirazını bildirib.
Deputat sözügedən tərzdə rəqs edənlərə qarşı çıxanları tam müdafiə etdiyini deyib:
"Ümumiyyətlə, bu məsələ məni hədsiz dərəcədə narahat edir. Tarix boyu zaman-zaman milli rəqslərimizə Qafqaz stili, türk oynaqlığı, türk xalqlarının rəqs motivləri daxil olub. Əzəldən kişilərin rəqslərinə əzəmət, qadınlara süzmək xas olub. Qadın atlanıb-düşsün, kişi əzilib-büzülsün - belə şeylər olmayıb. Bilmirəm, bu, kənar təsirlərdən, İranın təsirindən qaynaqlanır, ya nədir? Rəqslərin xarakterinin dəyişməsinə adi məişət hadisəsi kimi yox, insanların təhtəlşüurunun, onların milli dünya görüşlərinin dəyişməsi kimi baxıram.
Azərbaycan xalqı, Azərbaycan kişisi vüqarlı duruşunu, rəqsini qoruyub-saxlamalı, duruşundan, rəqsindən əzəmət yağmalıdır. Qadınlarda isə zəriflik, incəlik olmalıdır. Çox təəssüf edirəm. Bir yandan Avropadan, digər yandan İrandan gələn stil qarışıb, rəqsimiz qarmaqarışıq olub. Bədən, əl-qol hərəkətlərində tamamilə harmoniya itib. Milli rəqsimizdə başqa xalqların rəqslərinin təsiri altında bizə qətiyyən yaraşmayan formalar yer alıb. Bundan çox narahatam. Xalqımdan xahiş edirəm, belə şeylərdə diqqətli olsunlar. Bunun kökü hara gedir çıxır? Övladlarımız, nəvələrimiz rəqs edəndə belə onlara düzəliş verməliyik, onları Azərbaycan ahəngini qəbullanmağa təşviq etməliyik. Qoy belə eybəcər hərəkətlər, konfiqurasiyalar uşaqlıqdan formalaşmasın. Maarifçilik işinə evlərin içindən, uşaq bağçalarından başlamalıyıq. Yoxsa internet sisteminin içində itib-batacağıq.
Azərbaycançılığımız çox vacib parçasını itirmək təhlükəsi qarşısındadır. Xalqımı oyaq olmağa çağırıram ki, bu, inkişaf edib gələcəkdə çox qorxulu, narahatlıq törədən amilə çevrilməsin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva





