Cəmiyyət

Bu kənddə meyvə ağacları odun kimi istifadə edilir - VİDEO

14 Noyabr 2023 22:19
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələnin 2 mindən çox əhalisi olan Tikanlı kəndində mavi qaz yoxdur. Ona görə də sakinlər istilik üçün meyvə ağaclarını yandırmalı olurlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rayon mərkəzindən 13 km. aralıda və dağətəyi ərazidə yerləşən, qışı da çox soyuq olan bu kənddə bəzən ilin 8 ayında evlər qızdırılmalı olur. Yaşayış məntəqəsində təbii qaz olmadığı üçün də sakinlər bağlarında olan meyvə ağaclarını kəsərək odun kimi istifadə edirlər.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirildi ki, təbii qaz olmayan yaşayış məntəqələri mərhələli şəkildə qazlaşdırılır. Bu tədbirlər çərçivəsində Qəbələnin Tikanlı kəndi də təbii qazla təmin ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.