Cəmiyyət

Əməllər necə yazılır?

13 Noyabr 2023 06:00
Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: "Uca Allah buyurdu: "Əgər qulum bir yaxşı əməl etmək qərarına gəl­sə, onu yerinə yetirə bilmədikdə belə Mən ona bir savab yazaram. Hərgah yerinə yetirərsə, Mən ona bunun on mislində savab yaza­ram. Əgər o, bir günah etmək qərarına gələr, sonra da bun­dan vaz keçərsə, Mən onun bu pis niyyətini bağışlayaram. Hər­gah bunu həyata keçirərsə, etdiyinin misli qədər ona günah yaza­ram".
Allah Elçisi buyurdu: "Mələklər dedilər: "Ey Rəb­bimiz! Sənin bu qulun günah etmək istəyir".
Allah onu hamıdan yaxşı gördüyü halda mələklərə buyurdu: "Ona nəzarət edin! İşdi, bunu həyata keçirərsə, ona bunun misli qədər günah yazın. Yox əgər bundan vaz keçərsə, ona bir savab yazın. Çünki o, bunu Mənim xatirimə tərk etmişdir".
Həmçinin, Allah Elçisi buyurdu: "Sizdən kim layiqli müsəlman olarsa, etdiyi hər bir yaxşı əmələ görə ona bunun on mislindən yeddi yüz qatınadək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə isə cəmi bir günah yazılar. Bu, ta Allaha qovuşanadək beləcə davam edər". (Muslim, 129).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.