Cəmiyyət

“Hətta qablardan birini alıb yoxladım, 3 gün sonra kəskin iy verdi”

10 Oktyabr 2023 14:16
Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölkədə uşaqlar üçün çox keyfiyyətsiz su qabları satılır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Millət vəkili qeyd edib ki, şəxsən bir neçə mağazada monitorinq aparıb: "Hətta yoxlamaq üçün birini də aldım. İçərisinə doldurulan su 3 gün sonra kəskin iy verməyə başladı, sonra isə göbələk yarandı. Çox xahiş edirəm, buna ciddi nəzarət olunsun. Gömrük də bu işdə fəal olmalıdır. Bizim uşaqlarımız, gələcəyimiz zəhərlənir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.