Cəmiyyət

Birinci və sonuncu mərtəbələrdəki mənzillər niyə ucuzdur? - VİDEO

26 Sentyabr 2023 13:23
Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxmənzilli binalarda 1-ci və axırıncı mərtəbədəki mənzillər adətən digərlərindən ucuz təklif olunur. Məsələn, yeni tikililərdə orta mərtəbələrdə mənzillərin qiyməti orta hesabla 120-130 min manatdan başlayırsa, sözügedən mərtəbələrdəki evləri  90-100 min manata əldə etmək mümkündür.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ekspert Ramil Osmanlı deyir ki, bu ənənə artıq illərdir ki, formalaşıb. Onun sözlərinə görə, bir çoxları bəzən 2-ci və 3-cü mərtəbələrdən belə mənzil almaq istəmirlər.

Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan isə 1-ci mərtəbələrdəki mənzillərin  alıcılıq qabiliyyətinin aşağı olmasını müxtəlif səbəblərlə əlaqələndirir. Onun fikrincə, əksər hallarda bu səbəblər əsaslı olur.

Ekspert deyir ki, çoxmərtəbəli binaların sonuncu mərtəbəsində də yaşayışıyı çətinləşdirən müxtəlif amillər olur. Alıcılar əvvəlcə həmin çatışmazlıqları görməsə də, bir neçə ildən sonra probelmlər özünü biruzə verir.

Muxtar Ərturanın alıcılara tikinti normalarının düzgün aparılmasına, su keçirmə və səs izolyasiyasının etibarlılığına əmin olduqdan sonra həmin mərtbələrdən mənzil almağı tövsiyə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.