Cəmiyyət

Çox şirin içkilər mədəaltı vəzə zərbədir

24 Avqust 2023 06:05
Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir stəkan qazlı, şirin sərinləşdirici içkidə 6 qaşıq dozada şəkər var, 1 litrində isə 25 qaşıq. Bu dozada şəkər birdən-birə mədəaltı vəzə zərbədir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim Tatyana Meşrakova şirin qazlı içkilərin zərərindən danışıb.

"Mədəaltı vəz və qaraciyər bir dəqiqə içində 6-8 qaşıq şəkəri qəbul etmək gücündə deyil. Bu zərbə dozasıdır. Xüsusən azyaşlı uşaqlar gündə 1 litr belə sular içir.

Orqanizm yüksək miqdar şəkər dozası alanda məcburi insulin sıçrayışı olur, bu periodik olaraq baş verdikdə, insulinrezisdentlik yaranır. Nəticədə isə piylənmə və II tip diabet qaçılmazdır.
Daha bir risk karbohidrat mübadiləsinin pozulmasıdır.

Qazlı içkilərdə turşuluq tənzimləyicilər var, o da orqanizmdə turşu qələvi balansını pozur, sümüklərdən mineralları yuyur, uşaqlarda sümüklər inkişaf etmir, boy uzanmır, əzələlər zəif olur, gənclərdə osteoporoz yaranır.

Suyu köpüklü içənlərdə isə həmin qaz qabarcıqları qida borusu və mədənin, qırtlağın selikli qişası zədələnir. Belə qabarcıqlar mədədə mikrozərbə dalğası yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.