Cəmiyyət

Sürücülər mərkəzdə bu yolun təmirinə etiraz etdi... - "Xəstə yolda qalıb ölsə kim cavab verəcək?" - VİDEO

16 Avqust 2023 15:16
Baxış: 1 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın əsas küçələrindən birində aparılan təmir işləri, günün istənilən saatında tıxaca səbəb olur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Zərifə Əliyeva küçəsindən gedir.

Sürücülər deyir ki, yolda bir neçə gündür təmir işləri start götürüb. Bu səbəbdən də küçənin başlağıcından, Bülbül prospekti ilə kəsişməsinə qədər sıxlıq müşahidə olunur.

Məsələ ilə bağlı Bakı Şəhəri İcra hakimiyyətindən bildirildi ki, təmir işləri qurumun sifarişi ilə həyata keçirilir, asfalt örtüyü yenilənir.

İşlərin avqustun 20-də yekunlaşdırılması nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.