Cəmiyyət

Hovuza tullanaraq ölən kişinin sərxoş olduğu üzə çıxdı - VİDEO

15 Avqust 2023 12:00
Baxış: 2 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda hovuza tullanan kişi ölüb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bədbəxt hadisə dəniz kənarındakı restoranların birinə baş verib.

İstirahət mərkəzinin əməkdaşı Orxan Əliyev iddia edib ki, həmin şəxslər sərxoş olublar. gecə saatlarında əraziyə polis də çağrılıb.

Məkanı tərk etmək istəməyən şəxslərdən biri - 35 yaşlı Elşad Rəsulov hovuza baş vurub və boynu qırılıb.

Sumqayıt şəhəri Polis İdarəsindən bildirilib ki, faktla bağlı bağlı araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.