Cəmiyyət

Quba-Qusar yolunda baş verən avtobus qəzasının TƏFƏRRÜATI - VİDEO

14 Avqust 2023 10:19
Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər saatlarında Qusardan Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,Qubanın Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. 4-ü azyaşlı olmaqla 19 nəfər Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

"Xəstəxanadan verilən məlumata görə yaralıların hamısı evə buraxılıb".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.