Cəmiyyət

Dörd ildir ki, işsiz kimi qeydiyyatda olan şəxsə niyə indiyə kimi təklif yoxdur? - VİDEO

31 İyul 2023 13:22
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonu, Göytəpə şəhər sakini Araz Bayramov illərdir ki, işizdir. O, 2019-cu ilin dekabr ayında rayonda yerləşən məşğulluq mərkəzinə  müraciət edib və işsiz kimi qeydiyyata götürülüb. Lakin bu günə qədər ona heç bir iş təklif edilməyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Araz Bayramov üçüncü qrup əlildir. Hazırda valideyenlərinin himayəsində yaşayır. İşlə təmin edilməməsi ona çətinliklər yaradır.

Məsələ ilə bağlı  Lənkəran- Astara Regional  Məşğulluq Filialının Cəlilabad  Rayon Xidmət  Şöbəsindən bildirilib ki, Araz Bayramovun müraciəti araşdırılıb. O, daha öncə özünüməşğulluq proqramına müraciət edib və növbəyə alınıb. Sonuncu danışıq zamanı o, özünüməşğulluq proqramından imtina etdiyini və əsas istəyinin yaşadığı inzibati ərazi üzrə ictimai işlərə cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı olduğunu bildirib. Vətəndaş "Traktorist, maşinist-çilingər" ixtisası üzrə peşə təhsilinin olduğunu, "Azərişıq" ASC və "Azəriqaz" İB-in yerli bölmələrində nəzarətçi-mühəndis ixtisası üzrə çalışmaq arzusunda olduğunu ifadə edib.

''Hazırda vakansiya bankında vətəndaşın istəyinə uyğun münasib iş olmadığından göndəriş formalaşdırmaq mümkün olmayıb. Onun məşğulluq imkanlarının qiymətləndirilməsi və fərdi proqramın tərtib olunması məqsədilə məşğulluq filialına dəvət edilib. Yaxınlaşacağı təqdirdə qanunamüvafiq qaydada köməklik göstəriləcək'', - deyə qurumdan əlavə edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.