Cəmiyyət

Kişi hansı halda anadan aliment tələb edə bilər? - CAVAB

20 İyul 2023 22:30
Baxış: 1 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bildirir ki, lent.az-ın "Bir sual bir cavab" rubrikasında növbəti mövzusu kişinin qadından aliment tələb etməsi ilə bağlıdır.

Hazırda bir çox dünya ölkələrində müəyyən şərtlər daxilində qadınlar da aliment ödəyir. Maraqlıdır, görəsən, Azərbaycanda da qadınlar hər hansı  halda aliment ödəyir?

Hüquqşünas Şamil Paşayev açıqlamasında bildirib ki, uşağa aliment vermək onun saxlanması üçün verilən ödənişdir.

Onun sözlərinə görə, bu da bir uşağa əmək haqqının dörddə biri, iki uşağa üçdə biri, üç uşağa isə yarısı kimi nəzərdə tutulan vəsaitdir:

"Əgər, məhkəmə uşağın ata ilə qalmasına qərar veribsə, bu zaman alimenti ana ödəyir. Azərbaycan qanunvericiliyində aliment verənin ata və ya ana olmasının fərqi yoxdur. Uşaq kimin yanında qalırsa, digər valideyn də onun rahat yaşaması üçün alimeti ödəməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.