Cəmiyyət

Yayda Azərbaycana Qar yağacaq... XƏBƏRDARLIQ... - VİDEO

18 İyul 2023 14:37
Baxış: 4 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dağlıq ərazilərə qar, Bakıya isə yağış yağacaq. Qeyri-sabit hava şəraiti davam edəcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu  Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

"Dağlıq və dağətəyi bölgələrdə də qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi ehtimal edilir. Hətta bəzi ərazilərə qar yağacağı gözlənilir."

Hava şəraitinin 19-u və 20-də normala dönəcəyi, əksər rayonlarda yağmursuz olacağı bildirilib. Həmin günlərdə havanın maksimal temperatoru aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında 19-u və 20-də 34 dərəcəyə qədər isti olacağı gözlənilir.

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.