Cəmiyyət

Tibbi sığorta üzrə qiymətlər artırılır - VİDEO

5 İyul 2023 17:22
Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcbari tibbi sığorta üzrə qiymətlər artırılacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu dəyişiklik əhaliyə təsir etməyəcək, çünki ödənişləri Agentlik həyata keçirir.

Zaur Əliyev bildirib ki, xəstəxanalarda növbələrin tənzimlənməsi istiqamətində də işlər davam etdirilir.

Zaur Əliyev icbari tibbi sığorta üzrə yeni zərfə daxil edilən xidmətləri də açıqlayıb. Qeyd edib ki, icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfi artıq Nazirlər Kabinetinə təqdim olunub. Yaxın zamanlarda paketin təsdiqlənəcəyi gözlənilir. Yeni zərfdə ürək-damar xəstəliklərinin siyahısı genişləndirilib.

Bundan başqa, onkoloji xəstəliklərin müalicəsi, sümük iliyinin köçürülməsi də icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.