Cəmiyyət

Türkiyədə dincəlməyi ağlınızdan belə keçirməyin... - QİYMƏT BAHADIR... - VİDEO

25 İyun 2023 12:04
Baxış: 3 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aviabiletlərin bahalaşması turpaketlərin qiymətlərini artırıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə Türkiyəyə, Gürcüstana olan turpaketlər ötən illərlə müqayisədə xeyli bahadır.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyir ki, zəlzələ səbəbindən qardaş ölkəyə turist axınının azalacağı ehtimal edilsə də, bu baş verməyib.

Ekspert deyir ki, aşağı büdcə ilə asiya ölkələrinə səyahət etmək mümkündür.

Rəhman Quliyev vurğulayıb ki, Asiya ölkələri son dövrlər turistlər üçün cəlbedici istiqamətə çevirilir. Bu istiqamətdə bir həftəlik səfərin qiyməti 400-700 dollar arasında dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.