Cəmiyyət

Masazırda sahibsiz itlər sakinlərə hücum edib... - VİDEO

19 İyun 2023 20:30
Baxış: 1 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sahibsiz küçə itləri insanlara hücum çəkərək onalara müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Abşeronun rayonu Masazır kəndindəndir.

Sakinlər çox narahatdır. Hətta uşaqları belə həyətə düşə bilmirlər. Böyüklər isə əllərinə çomaq və ya özlərini qorumaq üçün nəsə götürürlər.

Sahibsiz itləri indi hər binanın girişində görmək mümkündür. 

Abşeron rayon İcra hakimiyyətindən isə bildirilib ki,  Bakı şəhəri ərazisində yerləşən "Toplan" sahibsiz itlərə qayğı mərkəzi ilə əlaqə saxlanılıb.

Lakin onlar ancaq  Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərmələri barəsində məlumat veriblər.

Bunları nəzərə alaraq  Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb.

Mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib.Sənədləşmə işləri  başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.