Cəmiyyət

Düşmən gülləsinə tuş gələn sərhədçimiz DANIŞDI: Silahsız idik... - VİDEO

17 İyun 2023 13:43
Baxış: 2 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçi Elşən Rüstəmovun səhhəti yaxşılaşır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.

"Artıq özünü yaxşsı hiss  etdiyini deyən Elşən Rüstəmov hadisə anını isə belə xatırlayır."

Hərbi qulluqçumuz qeyd edib ki, ərazidəki rus sülhməramlıları da baş verən hadisə zamanı hadisəni öz gözləri ilə gördülər. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edən qəhrəman əsgərimiz doğmalarına, əzizlərinə salam da göndərib:

Bu gün Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına uyğun olaraq DSX rəis müavini, general-leytenant Cavid Abdullayev də yaralı hərbi qulluqçumuzu ziyarət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.