Cəmiyyət

“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” - Su satan Elvinin anası

9 İyun 2023 07:47
Baxış: 3 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən həftədən sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satdığını deyən 10 yaşlı Elvinin videosu yayılmışdı.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Baku TV qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvinin rayonunda (Gədəbəy) olub.

Azyaşlıların nənəsi və anası danışaraq maddi imkanlarının qənaətbəxş olmadığını bildiriblər.

"4 ildir ayrılmışıq. Kimsəsiz insanam, qonşular kömək edir, dolanıram. Aliment də kəsiblər, vallah, verə bilmirəm. Fəhləlik olanda gedib 5-3 manat qazanıram. Elə gün olur ki, ac yatıram... Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar", - deyə uşaqların anası deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.