İşgəncələr məbədi - Şuşa həbsxanası - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi "İşgəncələr məbədi - Şuşa həbsxanası" adlı sənədli film hazırlayıb. Sənədli filmin müəllifi tanınmış telejurnalist Mübariz Əsgərovdur.
Filmin çəkilişləri işğal dövründə Şuşa şəhərində azərbaycanlı əsir və girovların saxlandığı, amansız işgəncələrə məruz qaldığı, həndəvərində kütləvi məzarlıq aşkar olunan Şuşa həbsxanasında aparılıb, filmdə əsir və girovluqdan azad edilənlər başlarına gətirilənlər, şahidi olduqları hadisələrlə əlaqədar dəhşətli faktlar açıqlayıb.
Ermənistan uzun illər zənn edirdi ki, işğal etdiyi Şuşa həmişəlik onundur və buradakı cinayətlərinin üstü heç vaxt açılmayacaq. "İşgəncələr məbədi-Şuşa həbsxanası" sənədli filmində Ermənistanın beynəlxalq konvensiyalara, humanitar hüquqa, əsir və girovlarla rəftar qaydalarına zidd olaraq, insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri faktlarla ifşa edilir.
"Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi ərsəyə gətirdiyi bu filmlə xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə, onlar barəsində məsələlər qaldırmağa çağırış edir.
Sənədli filmdə müəllif əminliyini bildirir ki, Ermənistan törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək.
Filmdə mövzu ilə əlaqədar zəruri informasiya dəstəyinə, müvafiq köməkliyə və sənədlərlə tanışlıq üçün hərtərəfli şərait yaradılmasına görə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına xüsusi təşəkkür edilir.
37 dəqiqəlik sənədli filmin ingilis və rus dillərinə də tərcüməsi nəzərdə tutulur.
Sənədli filmi bu link vasitəsilə izləyə bilərsiniz:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
XƏBƏR LENTİ
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)





