Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqların Beynəlxalq Müdafiəsi Günü - iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı" keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən festivalda müxtəlif yaş kateqoriyalarında olan uşaqların hər biri öz maraq dairəsinə uyğun əylənə bilib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı Mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb.
Qeyd edək ki, "Uşaq festivalı"nda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, Daun sindromlu uşaqlar da iştirak ediblər.
Mahnı oxuyub rəqs etməyi sevən uşaqlar üçün xüsusi ayrılan zonada səhnə qurulub, milli və müasir rəqslər üzrə ustad dərsləri keçirilib, uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı uşaqlarının konsert proqramı təqdim edilib. Gənc astronomlar üçün ayrılan meydançada astronomiya elmi haqqında məlumatlar əldə etmək mümkün olub. Yüksək texnologiyaya maraq göstərən uşaqlar robotlar, dronlar və aviazonasındakı dərslərə qoşula bilib, idmansevərlər üçün isə mini turnirlər, yarışlar, interaktiv oyunlar, şahmat yarışları təşkil edilib. "Uşaq festivalı"nda balacaların ixtiyarına verilən meydançalardan biri də art meydançası olub. "Street art" məkanında asfalt üzərində rəsmlər çəkilib. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkarlamaq oyununa qoşulublar.
Festival çərçivəsində təhlükəsiz yollar zonasında Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi uşaqlara iqlim dəyişikliyi, su və enerjiyə qənaət, tullantıların çeşidlənməsi barədə məlumatlar verib, viktorinalar keçirib. İnteraktiv oyunlar zamanı ekoloqlar milli parklar, qoruqlar barədə məlumatlandırıb, mini "Safari park"la tanışlıq olub. Qida Təhlükəsizliyi Agentliyi isə "Təhlükəsiz qida ilə sağlam gələcəyə" adlı rəsm müsabiqəsi sərgisi təşkil edib. Sərgidə müsabiqəyə təqdim edilən əsərlər arasından seçilmiş rəsmlər nümayiş olunub və qaliblər mükafatlandırılıb.
Heydər Əliyev Mərkəzinin parkında bu gün maşın və fərqli idman növləri üzrə yarışlar da keçirilib. "Kulinariya", "Estafet" və digər əyləncə zonaları, attraksionlar, animatorlar uşaqlara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
Mərkəzin parkında oxu meydançası da təşkil edilib. Burada uşaq ədəbiyyatı müəllifləri ilə görüş, eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün oxu saatı, müxtəlif bədii əsər qəhrəmanlarının obrazlarının rəsmləri üzrə müsabiqə və viktorina olub.
Konsert proqramında "Cücələrim" mahnı və rəqs ansamblı, "Təbəssüm" uşaqlar musiqili teatrı, "Azəri inciləri" vokal qrupu və digər istedadlı uşaqlar və qruplar çıxış edib.
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz an yaşadılıb.
"Uşaq festivalı"na gələn uşaqların bəziləri təəssüratlarını bölüşüblər.
Festivala gələnlərdən biri - 3 nömrəli uşaq evinin kiçik sakini Sara Mehdiyeva deyib: "Festival mənim çox xoşuma gəldi. Bizə vaxt ayırdıqları üçün "Uşaq festivalı"nın təşkilatçılarına təşəkkür edirəm. Burada uşaqlar üçün maraqlı proqramlar təşkil edilib".
Digər iştirakçı Şıxbaba Muxtarov Heydər Əliyev Mərkəzinin parkının rəngarəngliyini çox bəyəndiyini, buraya gəldiyi, dostları ilə gözəl vaxt keçirdiyi üçün çox sevindiyini deyib. O qeyd edib ki, "Uşaq festivalı"nda onlar üçün təşkil edilən bütün əyləncə və maarifləndirici proqramlar çox maraqlıdır.
Əli Əliyev isə bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, festivala gəldiyi üçün çox xoşbəxt olduğunu bildirib: "Burada dostlarımla birgə əyləncəli vaxt keçirdim. Uşaq bayramı mənim ən çox sevdiyim günlərdən biridir. Bu bayram münasibətilə bütün uşaqları, şəhidlərimizin övladlarını da təbrik edirəm".
Ləman Şahbazova isə festivalı çox bəyəndiyini, burada çox əyləndiyini deyib: "Digər uşaqlarla söhbətləşmək, oynamaq, mahnılara qulaq asmaq mənim üçün unudulmaz oldu. Uşaq bayramı mənim ən sevdiyim günlərdən biridir. Festivalda keçirilən bütün yarışlarda dostlarımla birgə iştirak edəcəyəm və nəticələrimiz barədə sabah müəllimlərimə danışacağam".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





