Cəmiyyət

Qida sahəsində fəaliyyət göstərən 9 müəssisədə nöqsanlar aşkar olundu

17 May 2023 21:09
Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, mayın 16-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory