Cəmiyyət

Günün qoroskopu

17 May 2010 07:00
Baxış: 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

17 may, bazar ertəsi IV  Ay günü.

Günəş - Bağada, Ay - Xərçəngdə, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pulton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Bu gün çətin keçən günlərinizdən biridir. Hər addımda problemlərlə üzləşəcəksiniz. Mübahisələrə yol verməyin, heç kəsə heç nəyi sübut etməyə çalışmayın.

Buğa - İşləriniz alınacaq, fəaliyyətinizin istiqamətini genişləndirmək imkanlarından istifadə edin. Özünüzü güclü hiss edəcəksiniz. Maddi vəziyyətinizi yaxşılaşdırmağa fikrinizi yönəldin.

Əkizlər - Sevgi  münasibətlərindən başqa könlünüzü açan heç bir sahə yoxdur. Fəaliyyətinizdə problemlərlə üzləşirsiniz, səhhətinizə qarşı diqqətinizi artırmalısınız.

Xərçəng - Ovqatınız yüksək olacaq, özünüzü güclü hiss edəcəksiniz. Yarımçıq qoyduğunuz işləri tamamlamalısınız. Sevgi münasibətlərinizdə problemlər var.

Şir - Çətin keçən günlərdən birini yaşayırsınız. Maddi durumunuzun aşağı olması bir sıra vacib məsələlərdən sizi kənarlaşdırır. Səhhətinizə qarşı diqqətli olun.

Qız - Özünüzü gümrah hiss edəcəksiniz. İşləriniz alınacaq, insanlarla münasibətlərdə səmimiliklə davranmağınız məsləhətdir. Biznes planlarını həyata keçirmək şanslarından istifadə edin.

Tərəzi - İşləriniz alınmır. Rastlaşdığınız problemləri həll etmək üçün kifayət qədəri gücünüz və imkanınız yoxdur. Səhhətinizə qarşı biganə qalmayın.

Əqrəb - İşləriniz alınacaq, hər yerdə səmimi qarşılanacaqsınız. Biznes planlarını həyata keçirmək üçün yaxşı vaxtdır.

Oxatan - Problemləriniz çoxdur, heç birini həll edə bilmirsiniz. Səhhətinizə qarşı diqqətli olmalısınız. Maddi vəziyyətinizi yaxşlaşdırmaq şanslarınız məhduddur.

Oğlaq - İşləriniz alınacaq, bizneç planlarını həyata keçirmək sizin üçün problemli olmayacaq. Əlinizdəki işləri keyfiyyətlə bitirməyə cəhd edin.

Dolça - İşləriniz alınmır. Hər yerdən sizi çoxsaylı problemlər əhatə edir. Əsəbiləşmədən sakitliklə buraxdığınız səhvləri araşdırın, soyuqqanlılıqla  ən çətin problemləri belə həll edə bilərsiniz.

Balıqlar - İşləriniz alınacaq. Özünüzü güclü hiss edəcəksiniz. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarından bəhrələnməlisiniz.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.