Günün qoroskopu
17 May 2010 07:00
Göylərin mənzərəsi
17 may, bazar ertəsi IV Ay günü.
Günəş - Bağada, Ay - Xərçəngdə, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pulton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Bu gün çətin keçən günlərinizdən biridir. Hər addımda problemlərlə üzləşəcəksiniz. Mübahisələrə yol verməyin, heç kəsə heç nəyi sübut etməyə çalışmayın.
Buğa - İşləriniz alınacaq, fəaliyyətinizin istiqamətini genişləndirmək imkanlarından istifadə edin. Özünüzü güclü hiss edəcəksiniz. Maddi vəziyyətinizi yaxşılaşdırmağa fikrinizi yönəldin.
Əkizlər - Sevgi münasibətlərindən başqa könlünüzü açan heç bir sahə yoxdur. Fəaliyyətinizdə problemlərlə üzləşirsiniz, səhhətinizə qarşı diqqətinizi artırmalısınız.
Xərçəng - Ovqatınız yüksək olacaq, özünüzü güclü hiss edəcəksiniz. Yarımçıq qoyduğunuz işləri tamamlamalısınız. Sevgi münasibətlərinizdə problemlər var.
Şir - Çətin keçən günlərdən birini yaşayırsınız. Maddi durumunuzun aşağı olması bir sıra vacib məsələlərdən sizi kənarlaşdırır. Səhhətinizə qarşı diqqətli olun.
Qız - Özünüzü gümrah hiss edəcəksiniz. İşləriniz alınacaq, insanlarla münasibətlərdə səmimiliklə davranmağınız məsləhətdir. Biznes planlarını həyata keçirmək şanslarından istifadə edin.
Tərəzi - İşləriniz alınmır. Rastlaşdığınız problemləri həll etmək üçün kifayət qədəri gücünüz və imkanınız yoxdur. Səhhətinizə qarşı biganə qalmayın.
Əqrəb - İşləriniz alınacaq, hər yerdə səmimi qarşılanacaqsınız. Biznes planlarını həyata keçirmək üçün yaxşı vaxtdır.
Oxatan - Problemləriniz çoxdur, heç birini həll edə bilmirsiniz. Səhhətinizə qarşı diqqətli olmalısınız. Maddi vəziyyətinizi yaxşlaşdırmaq şanslarınız məhduddur.
Oğlaq - İşləriniz alınacaq, bizneç planlarını həyata keçirmək sizin üçün problemli olmayacaq. Əlinizdəki işləri keyfiyyətlə bitirməyə cəhd edin.
Dolça - İşləriniz alınmır. Hər yerdən sizi çoxsaylı problemlər əhatə edir. Əsəbiləşmədən sakitliklə buraxdığınız səhvləri araşdırın, soyuqqanlılıqla ən çətin problemləri belə həll edə bilərsiniz.
Balıqlar - İşləriniz alınacaq. Özünüzü güclü hiss edəcəksiniz. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarından bəhrələnməlisiniz.
Milli.Az