Cəmiyyət

Parklanma yeri yaratmaq üçün ağacları qurutdular - VİDEO

4 May 2023 20:58
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar səki boyunca ağaclar və yaşıllıqla əhatələnən ərzilərdən olan Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsində olan ağaclar durmadan quruyur.

"ATV Xəbər"in növbəti buraxılışında məsələ ilə bağlı araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, hadisə yerində olan görüntülərdən məlum olur ki, kəsilən ağacların yeri avtomobil dayanacaqları ilə əvəz olunur. Sakinlərin bildirdiklərinə görə, ərazidə olan işbazlar bilərəkdən səkini betonlayır və ağacların qurumasına şərait yaradırlar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Qurumdan araşdırmalara başlanıldığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.