Cəmiyyət

QMİ fitrə zəkatının məbləğini AÇIQLADI

19 Aprel 2023 12:11
Baxış: 6 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Milli.Az xəbər verir ki, bu barədə Qazılar Şurasının Fətvasında bildirilib.

Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır:

"Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır".

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan (Fitr) bayramı aprelin 21-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.