Cəmiyyət

Bərdədə bir nəfər 5 hektarlıq ərazidə ağacları necə kəsib? - VİDEO

3 Aprel 2023 16:45
Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda meşəlik ərazidə sözün əsl mənasında ekoloji terror törədilib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 5 hektarlıq ərazidə cavan və çoxillik ağaclar kəsilib. Ağacların kəsildiyi yerdə isə şum işləri aparılıb. Doğranan ağacların budaqları,  gövdələri daşınaraq meşənin bir hissəsinə toplanıb.

Rayon sakini Orxan Yusifov iddia edir ki, ağaclar bir neçə gündür kəsilib və bu, bir neçə istiqamətdə həyata keçirilib.

Meşədə ağacların kütləvi kəsilməsi faktını Bərdə Regional Meşə təsərrüfatı Mərkəzindən də təsdiqləyib.

Qurumdan bildirilib ki, sözü gedən ərazidə ağacların kəsilməsi mülki şəxs tərəfindən həyata keçirilib. Kəsilən ağacların yerində şum işləri aparılıb.

Faktla bağlı adiyyatı üzrə məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətinin rəsmisi Bəhruz Məmmədov bildirib ki, ağacların Agdam rayon sakini Həsən Həsənov tərəfindən məhv edildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib edilib. Araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.