Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında törədilən sui-qəsd cəhdi narahatlığa səbəb olub.
Hər kəsi düşündürən məsələ odur ki, hədəf yalnız Fazil Mustafa idi, yoxsa digər deputatların da həyatları təhlükədədir? Ümumiyyətlə deputatlara təhlükəsizlik üçün silah verilə bilər?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Milli Məclis deputatın təhlükəsizliyi qorumalıdır.
Onun sözlərinə görə, hətta deputatın istəyindən asılı olaraq, ona cangüdən təhkim edilə, eləcə də müəyyən dövr üçün silah da verilə bilər:
"Amma bu deputatın öz seçimindən asılıdır, istəyindən asılı olaraq qəbul edə və ya etməyə bilər. İstənilən halda, mən hesab edirəm ki, Milli Məclis daha önəmli qərar qəbul etməlidir. Bütövlükdə qanunsuz silah gəzdirmə, silah saxlama ilə bağlı Cinayət Məcəlləsindəki maddələr, sanksiyalar sərtləşdirilməlidir. Polis də axtarışlarını ciddi şəkildə aparmalıdır. Çünki həm hipermarketə, həm də deputata hücum avtomatla törədilirsə, bu, adi hadisə deyil.
Başa düşə bilmirəm ki, insanlar hansı məqsəd ilə avtomat alıb saxlamalıdır evdə? Bu mənada hesab edirəm ki, biz o silah saxlamaq və gəzdirməyə qarşı sanksiyaları daha da ciddiləşdirməliyik, qanunlar sərtləşdirilməlidir.
Bu ərəfələrdə ayıq-sayıqlığı artırmaq üçün müxtəlif mümkün bütün yollardan istifadə etməliyik".
Bəs deputatlar silah gəzdirə bilərlər? Bu məsələdə qanun nə deyir?
Belə ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-1. maddəsində deputatın təhlükəsizliyi ilə bağlı belə bir bənd var:
"Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





