76 yaşlı anasını ərə vermək istəyən Aydınxan: ancaq intim münasibətləri düşünürlər...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu birbaşa mənə aid olan fikirdir. Mənim üçün anamın xoşbəxtliyi mənasız adamların tənqidindən qat-qat üstündür".
Milli.Az bildirir ki, bunu kulturoloq Aydınxan Əbilov deyib. O, hesab edir ki, bəziləri ailə deyəndə intim münasibət başa düşür:
"Fikirləşirəm ki, yaşlı adamlar nə qədər bir-biri ilə qulaq yoldaşı olsalar, yaxşı olar. Ailə deyəndə çox peyinbaşlar ancaq intim münasibətləri düşünürlər, ailədə uşad dünyaya gətirməyi fikirləşirlər. Amma ailə tamam başqa şeydir. Biz yaşlı adamların bir evdə birləşməsini, ömür-gün yoldaşı, dostu olmasını təklif edirik. Yoxsa indi kəndlərimizdə qoca ata-analarımızı atıb hər kəs şəhərə axışıb. Bundan əlavə onlar əzizlərini atıb xarici ölkələrə gedirlər, heç birinin də öz ana-atalarından xəbərləri yoxdur. Onların sağlamlığı, necə dolanması, nə yeyib-içməsi heç kəsin marağında deyil. Azərbaycanda da sosial xidmətlər, sosial qulluqçular yoxdur ki, ata-ana tək halda yaşaya bilər. Fikirimi bu istiqamətə yönəltmişəm".
Aydınxan Əbilov deyir ki, cəmiyyət belə ictimai diskusiyalara öyrəncəli olmalıdır: "Belə müzakirələr tez-tez olmalıdır. Bu müzakirələrdən həqiqət ortaya çıxacaq. Düşünürəm ki, Azərbaycan cəmiyyəti belə innovatik sosial təkliflərə açıq olmalıdır".
Qeyd edək ki, kulturoloq Aydınxan Əbilov Space TV-də yayımlanan "Gəl, danış Amil Xəlil ilə" verilişinə qonaq olub. Verilişdə kulturoloq 76 yaşlı anasının ailə quracağı təqdirdə ona icazə verəcəyini deyib:
"Anamın 76 yaşı var. Atam 10 ildir rəhmətə gedib. Böyük məmnuniyyətlə istəyərdim ki, anam yenidən ailə qursun. Niyə ailə qurmamalıdır ki? Mən sevinərəm. Bir insanın xoşbəxtliyi bu dünyanın cənnəti deməkdir". /qaynarinfo
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı





