Cəmiyyət

Gömrük rüsumu bu telefonlara aiddir - VİDEO

16 Fevral 2023 13:07
Baxış: 1 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən etibarən gömrükdə bəyan edilməyən mobil telefonlar qeydiyyata alınmayacaq. Bu qayda dəyəri 800 dollardan çox olan telefonlara aiddir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ödənməli rüsum məhz müəyyən edilmiş həddən artıq qalan hissədən çıxılır.

Yəni, vətəndaşın gətirmək istədiyini telefonun qiyməti 1000 dollardırsa, bu zaman rüsum yerdə qalan 200 dollara görə hesablanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, mobil telefonların İMEİ nömrəsinin qeydiyyata alınması prosedurunda da dəyişiklik edilib.

Qeyd edək ki, mobil telefonların bəyan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin internet səhifəsindən məlumat almaq mümkündür.

Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov mövzuya münasibət bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.